gototop gototop

Dictionary

BİRLƏŞMIŞ MİLLƏTLƏR ƏTRAF MÜHİT PROQRAMI, YUNEP

(ingiliscə - The United Nations Environment Programme, UNEP - Birləşmiş Millətlər Ətraf Mühit Proqramı) - üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edən, inkişaf etmiş ölkələrin ətraf mühit siyasətlərinin və təcrübələrinin implementasiyasını həyata keçirən BMT-nin ixtisaslaşmış təşkilatı. 1972-ci ilin iyununda Birləşmiş Millətlərin İnsan Mühiti konfransından sonra yaradılmışdır. Mənzil-qərargahı Kenyanın paytaxtı Nayrobi şəhərində yerləşir. Bundan başqa, təşkilatın ayrı-ayrı ölkələrdə 6 regional və digər müxtəlif ofisləri də vardır.