gototop gototop

Dictionary

BİRJA

(latınca - bursa, hollandca - beurs, almanca - börse, fransızca - bourse, italyanca - bórsa, ispanca - bolsa, ingiliscə - exchange - pul qabı, pul kisəsi) əmtəələrin alqı-satqı prosesi ilə məşğul olan bazarın təşkilati forması. Bununla belə, birja bazarın digər növlərindən fərqli olan bəzi xüsusiyyətlərə malikdir. Məsələn, birjada alqı-satqı əməliyyatları bilavasitə istehsalçı və istehlakçı arasında deyil, öz əlində hər hansı bir əmtəəyə olan tələb və təklifi mərkəzləşdirilmiş vasitəçilər - ticarət agentləri, dəllarlar vasitəsilə həyata keçirilir. Birjalar digər bazar növlərindən, məsələn, yarmarkalardan və hərraclardan fərqli olaraq daim fəaliyyət göstərir, konkret iş yeri və iş saatı vardır. Birjalarda alqı-satqı əməliyyatları brokerlər və dillerlər tərəfindən həyata keçirilir. Birjanın əmtəə, fond, valyuta və əmək növlərini fərqləndirirlər.