gototop gototop

Dictionary

BEYNƏLXALQ VALYUTA-KREDİT TƏŞKİLATI

 dövlətlərarası razılaşma əsasında yaradılmış və başlıca məqsədi ölkələrarası valyuta və kredit-maliyyə münasibətlərinin tənzimlənməsi, iqtisadi inkişafa təsir və kredit yardımları göstərmək olan beynəlxalq maliyyə təşkilatı. Belə təşkilatlar sırasına Beynəlxalq Hesablaşmalar Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı, reğional beynəlxalq inkişaf bankları daxildirlər.