gototop gototop

Dictionary

BEYNƏLXALQ KOOPERASİYA

(ingiliscə - international cooperation - beynəlxalaq kooperasiya) - beynəlxalq ixtisaslaşmaya əsaslanaraq müxtəlif ölkələrin müəssisələrinin birgə fəaliyyətini əks etdirən beynəlxalq əmək bölgüsünün mühüm forması. İqtisadi təbiətinə görə beynəlxalq kooperasiya istehsal gücü olaraq əsas funksionallığın bir neçə ölkənin birlikdə daha yüksək məhsuldarlıqla yeni prinsipial məsələlərin həllinə yönəldilməsi ilə şərtlənir. Beynəlxalq kooperasiyada müəssisələr məyyən əmtəə və xidmətlərin işlənməsi, istehsalı və satışı istiqamətində özlərinin tam təsərrüfat müstəqilliyini saxlayırlar.