gototop gototop

Dictionary

BEYNƏLXALQ İXTİSASLAŞMA

(ingiliscə - international specialization - beynəlxalq ixtisaslaşma) - ölkənin müəyyən əmtəə və xidmətləri öz daxili tələblərindən artıq istehsal etməklə onların dünya bazarlarında reallaşdsırılması üzrə ixtisaslaşması. İki aspekt fəqləndirilir: 1. Ərazi beynəlxalq ixtisaslaşması - regional birliklərə inteqrasiya daxilində ixtisaslaşma; 2. Ölkənin istehsal ixtisaslaşması. Beynəlxalq ixtisaslaşma səviyyəsi bir sıra əmsal göstəriciləri ilə, başlıca olaraq, nisbi ixrac ixtisaslaşması əmsalı və ölkənin istehsal sahələrində ixrac kvotası əmsalı ilə müəyyən olunur. İxrac olunan emal məhsullaru çeşidində beynəlxalq ixtisaslaşma sahələrinin payı nə qədər yüksəkdirsə, bu həmin ölkənin beynəlxalq ixtisaslaşmada mütərəqqi rolunu ifadə edir. İxtisaslaşma ilkin məhsullar (hasilat sənayesi, kənd təsərrüfatı) sahəsini əhatə etdikdə isə, bu, ölkənin beynəlxalq ixtisaslaşmada passiv rolundan xəbər verir. Odur ki, beynəlxalq ixtisaslaşmada fəallığı üstün olaraq emal sektorunun məhsulları ifadə edir.