gototop gototop

Dictionary

BEYNƏLXALQ ENERJİ AGENTLİYİ, BEA

(ingiliscə - International Energy Agency, IEA - Beynəlxalq Enerji Agentliyi, BEA) - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) çərçivəsində fəaliyyət gösərən muxtar beynəlxalq orqan. Təşkilat 29 üzv ölkəni - ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Türkiyə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İsveçrə, İsveç, İtaliya, Kanada, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Yaponiya, Yeni Zelandiya, Yunanıstan və Estoniyanı birləşdirir. 1974-cü ildə Parisdə yaradılmışdır. Təşkilatın başlıca məqsədi enerji resursları və enerji xidmətləri tələb və təklifinin dünya strukturunun təkmulləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlığa köməkdir. Reallıqda təşkilat enerji resurslarını idxal edən ölkələrin maraqlarını qoruyur. Sistemin əsas prinsipi tədarüklə bağlı ciddi boşdayanmalar olduqda təşkilatın iştirakçıları arasında mövcud neft ehtiyatlarının yenidən bölüşdürülməsidir. BEA-nın iştirakçı ölkələri həmçinin, enerji siyasətinin başqa aspektlərini də koordinasiya etmək barədə razılığa gəlmişlər. Təşkilatın illik ümumenerji və sahəvi hesabatları da geniş yayılmışdır. Mənzil-qərargahı Fransanın paytaxtı Paris şəhərindədir.