gototop gototop

Dictionary

BEYNƏLXALQ DƏNİZ PEYK RABİTƏSI TƏŞKİLATI

- (ingiliscə - International Maritime Satellite Organization, INMARSAT - Beynəlxalq Dəniz Peyk Rabitəsi Təşkilatı) - kommersiya əsasında peyk rabitəsi və müvafiq avadanlıqların köməyi ilə dəniz rabitəsini yaxşılaşdıran, gəmilərin işinin və idarəedilməsinin səmərəliliyini artıran, dənizdə fəlakətlər zamanı məlumatverməni və bununla da insan həyatının mühafizəsini təmin edən beynəlxalq hökumətlərarası təşkilatdır. İNMARSAT 1976-cı ildə təsis edilmiş və 1979-cu ildən fəaliyyət göstərir. Mərkəzi qərərgahı Böyük Britaniyanın paytaxtı London şəhərindədir.