gototop gototop

Dictionary

MEM

(yunanca - μίμημα - bənzər, ingiliscə - meme - həmin) mədəniyyət üçün əhəmiyyətli olan informasiya vahidi. Mem nitq, yazı, video, rituallar, jestlər və s. vasitəsilə şüurlu və ya şüursuz şəkildə insandan insana ötürülən hər hansı ideya, simvol, tərz və ya hərəkət tərzidir. Termini olaraq 1976-cı ildə İngilis etologu və bioloqu Klinton Richard Dokinz (1941) tərəfindən “Eqoist gen” adlı kitabında təqdim edilmişdir. O, bununla mədəniyyət üçün vacib olan bütün informasiyanın baza vahidlərindən -memlərdən ibarət olması ideyasını təklif etmişdir. Genlər kimi memlər də təbii seçim, mutasiyalar və süni seleksiyaya məruz qalır. Bu ideya əsasında hazırda mübahisəli elmi statusa malik “Memetika” fənni yaranmışdır.