gototop gototop

Dictionary

BAKI ALİ NEFT MƏKTƏBİ

(ingiliscə - Baku Higher Oil School - Bakı Ali Neft Məktəbi) SOCAR-ın tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi. Müxtəlif enerji sektorları, o cümlədən neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili biliklərinə və bacarıqlara malik kadrların hazırlanmasını həyata keçirir. 2011-ci ildə təsis edilmişdir. Strukturuna 2 fakultə, 4 kafedra, 3 mərkəz, 2 sahə, 1 kompleks və kitabxana daxildir. İşçi sayı 157 nəfər. Bakı şəhərində yerləşir.