gototop gototop

Dictionary

TƏHLÜKƏLİ TULLANTILAR

(ingiliscə - dangerous waste - təhlükəli tullantılar) tərkibində zərərli xüsusiyyətlərə malik toksik, alışma, partlayıcı, yüksək reaktivlik qabiliyyətli, oksidləşdirici, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, insan sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan istehsal və istehlak tullantıları. Təhlükəli tullantılar ölkə daxili müxtəlif fəaliyyətlər zamanı əmələ gəlir. Belə tullantılar bir çox hallarda təkrak istehsala yönləndirilərək utilizasiya olunur. Əksər hallarda isə ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə xüsusi qurğularda emalı, o cümlədən yandırılması və ya basdırılması yolu ilə zərərsizləşdirilir.