gototop gototop

Dictionary

ŞREDER

(ingiliscə - shredder - üyüdücü, parçalayıcı) kağızı çox kiçik zolaqlara və ya kiçik parçalara ayıran ofis qurğusu, avadanlığı. Hökumət təşkilatları, biznes və fiziki şəxslər fərdi və ya məxfi sənədləri məhv etmək üçün şrederlərdən istifadə edirlər. İlk kağız üyüdücüsü amerikan ixtiraçı Abbot Qass Lou (1844-1912) tərəfindən yaradılmışdır. Hazırda geniş yayılmış əl kəsicisi əsaslı kağız üyüdücüsü 1935-ci ildə Schroeder Adolf Ehinger (1888-1983) tərəfindən Almaniyada hazırlanmışdır.