gototop gototop

Dictionary

SABİT CƏRƏYAN

(ingiliscə - direct current, DC - birbaşa cərəyan) zamanla ölçüsüdə və istiqamətdə dəyişməyən elektrik cərəyanı. Elektrik sahəsindəki yüklü hissəciklərin daimi istiqamətli hərəkətini əks etdirir. Sabit cərəyan istiqamətini dəyişməyən “birbaşa elektrik cərəyanı”nın növü kimi çıxış edir. Sabit cərəyanın ilk əsasını kimyəvi mənbələr və galvanik batereyalar təşkil etmiş, sonradan isə akkumulyatorlar ixtira olunmuşdur. Sənaye miqyasında sabit cərəyan əldə etmək üçün elektrik maşınlarından - müvafiq cərəyan generatorlardan, həmçinin günəş panelləri və nadir hallarda günəş batereyalarından istifadə olunur. Perspektivdə isə buraya maqnit-hidrodinamik generatorlardan istifadə aid edilə bilər. Dəyişən cərəyanla işləyən elektrik avadanlıqlardan sabit cərəyan əldə etmək üçün klassik (“transformatorlu”) və keçid qidalandırıcı blokdan istifadə olunur.