gototop gototop

Dictionary

OZON TƏBƏQƏSİ

(ingilscə - ozone layer - ozon təbəqəsi) günəşdən ultrabənövşəyi radiasiyanın molekulyar oksigenə (O2) təsiri nəticəsində əmələ gəlmiş, ən qatı ozon tərkibli-konsentrasiyaya malik (molekulu üç oksigen atomundan ibarət olan bir maddə O3) stratosferin 15-45 km yüksəklikdə olan hissəsi. Ozon qatı günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır, yer planetini günəşin məhvedici radiasiyasından qoruyur. Yer atmosferində ozonun orta konsentrasiyası ümumiyyətlə təqribən milyonda 0,3 hissədir. Ozon qatında milyonun 10-da biri qədər ozon var. Monreal protokolu ilə ozon dağıdıcı maddәlәrin isteһsalını vә tәtbiqini qadağan edilmişdir.