gototop gototop

Dictionary

MAKKİNZİ ŞİRKƏTİ, MCKINSEY & COMPANY

(ingiliscə - Mckinsey & Company - “McKinsey” şirkəti, Makkinzi end komponi) strateji idarəetmə məsələlərinin həllində ixtisaslaşmış beynəlxalq konsaltinq şirkəti. Məsləhətçi olaraq böyük qlobal şirkətlər, dövlət qurumları və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edir. 1926-cı ildə ABŞ-da Çikaqo şəhərində maliyyə planlaşdırmasını idarəetmə vasitəsi kimi ilk istifadə edən amerikalı mühasib, idarəetmə məsləhətçisi və professor Ceyms Oskar Makkinsi (1889-1937) tərəfindən təsis edilmişdir. Şirkətdə 9 minə yaxın məsləhətçi çalışır, 60-dan çox ölkədə 94 ofisi fəaliyyət göstərir. Missiyası fərqli insanları cəlb edəcək, inkişaf etdirəcək, həvəsləndirəcək və motivasiya edə biləcək bir şirkət qurmaqdır.