gototop gototop

Dictionary

BAZAR

(ingiliscə - market - bazar) - ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmi olmaqla iqtisadi münasibətlərdə tələblə-təklifin məcmusu, hər hansı əmtəə üzrə bir qrup adamların sövdələşməsi ilə baş verən sıx fəaliyyət münasibətləri və əmtəə və əmtəə-pul mübadiləsi formasıdır. Bazarın əmtəələr və xidmətlər bazarı, istehsal vasitələri bazarı, əmək və ya işçi qüvvəsi bazarı, elmi-texniki işləmələr, innovasiya və patent bazarı, valyuta, maliyyə-qiymətli kağızlar bazarı, mənzil bazarı; informasiya məhsulları bazarı kimi növlərini fərqləndirirlər. Coğrafi vəziyyətinə görə bazarlar - müvazinətli bazar, əmtəə artıqlığı olan bazar, defisitli bazar, azad rəqabətli bazar, inhisarçı bazar, qarışıq və oliqapolik bazar, geniş çeşidli əmtəələr bazarı; qarışıq əmtəələr bazarı; topdansatış və pərakəndəsatış bazarlarına təsnifləşdirilir.