gototop gototop

Dictionary

KOORDİNASİYA OLUNMUŞ ÜMUMDÜNYA VAXTI

(ingiliscə - Coordinated Universal Time, UTC - Koordinasiya olunmuş ümumdünya vaxtı, UTC) cəmiyyətin saat və vaxtı tənzimlədiyi standart. Atom vaxtından tam bir saniyə və UT1 dünya vaxtından kəsirli bir saniyə sayı ilə fərqlənir. Köhnılmiş Qrinviç üzrə orta vaxt - GMT-ni əvəzləmişdir. UTC şkalası beynəlxalq atom vaxtı miqyasına - TAI əsaslanır və mülki istifadə üçün daha əlverişlidir. Belə ki, UTC ilə UT1 (dünya vaxtının əsas versiyalarından biri - universial vaxt) arasındakı fərq 0,9 saniyəni keçmir. Əgər yüksək dəqiqlik tələb olunmursa, daha ümumi bir anlayış - dünya vaxtı - UT istifadə edilə bilər. Gündəlik həyatda, saniyənin kəsr hissəsi vacib olmadıqda GMT UTC və ya UT1-in ekvivalenti hesab oluna bilər. Əks təqdirdə, UTC ilə UT1 arasındakı fərq əhəmiyyətli olduqda GMT ifadəsinin istifadəsindən qaçınılır. Dünyadakı zaman qurşaqları UTC-dən müsbət və ya mənfi bir yerdəyişkə kimi ifadə edilir. Unutmamalıyıq ki, UTC vaxtı qışda və ya yazda dəyişilmir. Buna görə, yay vaxtına keçid olduğu yerlərdə yerdəyişmə UTC-yi nisbətdə dəyişdirilir.