gototop gototop

Dictionary

KONSERVANTLAR

(ingiliscə - preservative - qoruyucu) mikroorqanizmlərin və qidadalardakı bəzi digər canlıların həyati fəaliyyətinə mane olan, çətinləşdirən maddələr. Termin yalnız qida ilə əlaqədar deyil və o, atmosfer oksigeni ilə üzvi maddələrin kimyəvi oksidləşməsini yavaşlatan maddələrə münasibətdə də istifadə olunur. Konservantların tətbiqi sayəsində xoşagəlməz dad və qoxunun yaranmasının, məhsullarda, dərmanlarda, kosmetikada zərərli maddələrin meydana gəlməsinin qarşısı alınır. Bir qayda olaraq, məhsulların uzunmüddətli saxlanması yalnız konservantlarla məhdudlaşmır, həm də aseptik qablaşdırma və hermetikləşmə ilə kompleks şəkildə istifadə olunur.