gototop gototop

Dictionary

ISO 9000

termin və tərifləri, keyfiyyət menecmentinin əsas prinsiplərini, təşkilat və müəssisələrin keyfiyyət idarəetmə sisteminə tələblərini, habelə davamlı nəticələr əldə etmək üçün təlimatları özündə birləşdirən beynəlxalq standartlar seriyası. ISO 9000 standartı fundamentaldır Standart seriyası ümumi keyfiyyət idarəetməsi nəzəriyyəsinin (TQM) ideya və müddəalarına əsaslanaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) Texniki Komitəsi (TC 176) tərəfindən hazırlanmışdır. ISO 9000 məhsulun özü üçün bir keyfiyyət standartı deyil və yüksək məhsul keyfiyyətinə birbaşa zəmanət vermir. Burada qəbul edilmiş terminlər və təriflər bütün ISO 9000 seriyası standartlarında istifadə olunur. İSO 9000 keyfiyyət idarəetməsinin 7 prinsipini müəyyənləşdirir, eyni zamanda davamlı inkişaf üçün proses yanaşmasından istifadə edir. Azərbaycanda da ISO sertifikatları (Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən) verilir.