gototop gototop

Dictionary

XARİCİ YANMA MÜHƏRRİKİ

(ingiliscə - external combustion engine - xarici yanma müərriki) istilik mənbəyi və ya yanacaq yanma prosesinin işçi orqandan (cisimdən) ayrılmış mühərrik sinfi. Bu sinifə buxar maşınları, buxar turbinləri, Stirlinq mühərrikləri, xarici yanma qaz turbinləri və digər bu növ mühərriklər daxildir. Xarici yanma mühərrikləri 1816-cı ildə ixtira olunmuşdur. Onlar üçün əhəmiyyətli bazar XIX əsrin ikinci yarısında formalaşmışdır. Daxili yanma mühərrikinin ixtirası və geniş tətbiqi ilə bağlı əhəmiyyətləri azalmışdır. Xarici yanma mühərrikinin istehsal dəyəri həm də daxili yanma mühərrikinin istehsal dəyəri ilə müqayisədə yüksəkdir.