gototop gototop

Dictionary

HUMUS

(latınca - humus - torpaq) ali bitkilərə lazım olan qida maddələrini ehtiva edən torpağın əsas üzvi maddəsi. Humus torpağın üzvi maddəsinin 85-90%-ni təşkil edir. O. torpağın münbitliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli bir meyardır. Torpağın üst qatının çəki tərkibində humusun payı 1% (boz səhra-çöl torpaqları) nisbətindən 10-15%-ə (qara torpaq) qədər dəyişir. Humus fərdi, o cümlədən spesifik üzvi birləşmələri, onların qarşılıqlı təsir məhsullarını və habelə üzvi-mineral yaranışlar formasında olan üzvi birləşmələri ehtiva edir. O, bitki və heyvanların üzvi qalıqlarının torpaqda dönüşümü - humuslaşması nəticəsində yaranır.