gototop gototop

Dictionary

GEOSTASİONAR ORBİT

(ingiliscə - geostationary orbit - geostasionar orbit) Yerin ekvatorunun (0 dərəcə enlik) üstündə yerləşən dairəvi orbit. Həmin orbitdə yerləşən süni peyk Yerin kürəsinin ox ətrafında fırlanma sürətinə bərabər bərabər sürətlə fırlanır və daima yer səthindəki eyni nöqtənin üstündə yerləşir. Üfüqi koordinat sistemində peyk istiqaməti nə azimut, nə də üfüqdən yüksəklikdə dəyişmir-peyk göydə hərəkətsiz olaraq asılmış kimi görünür. Ona görə də, bir dəfə belə bir peykə yönəldilmiş peyk antenası hər zaman ona istiqamətlənmiş olaraq qalır. Geostasionar orbit geosinxron orbitin növ müxtəlifliklərindən biridir. O, süni peyklərin (kommunikasiya, teletranslyasiya və s.) yerləşdirilməsi üçün istifadə edilir.