gototop gototop

Dictionary

FUMUQANTLAR

(latınca - fumigans - tüstüləndirici, ingiliscə - fumigants - fimuqantlar) həşərat və heyvanların bədəninə qaz formasında tənəffüs yolu ilə daxil olan kimyəvi maddə, pestisid (aliminium fosfid, maqnezium fosfid). Bərk dənəvər, maye və qaz halında olurlar. Anbar zərərvericilərini və karantin tətbiq olunan zərərli orqanizmləri məhv etmək məqsədilə tətbiq olunurlar. Bir sıra fumiqantlar qoxusuz olduğuna görə qaz sızması olub olmadığını müəyyən etmək olmur və bu çox təhlükəlidir. Fumiqantlar qaz halına keçdikləri zaman hava ilə qarışıb partlayıcı ola bilirlər.