gototop gototop

Dictionary

EMULQATORLAR

(ingiliscə - emulsifiers - emulqatorlar) qarışmayan mayelərdən emulsiyaların yaradılmasını təmin edən səthi-aktiv maddələr. Təbii - bitki, heyvan və ya sintetik mənşəli ola bilərlər. Zərərsiz olan təbii emulqatorlar ənənəvi olaraq qida məhsullarının komponenti kimi istifadə edilir. Klassiklərinə maye yumurtanın sarısı və ağını, sabun kökünün bir həlimini və s. aid etmək olar. Bununla yanaşı, qida sənayesində həm də sintetik emulqatorlardan istifadə olunur. Müasir sənaye əsasən emulqatorlar kimi sintetik maddələrdən, həmçinin yağ kimi maddələr qrupu - lesitindən (əsasən soya) istifadə edir. Təsir mexanizminə görə emulqatorlar səthi aktiv maddələrə (fazalararası sərhəddə səthi gərginliyin kəskin şəkildə azalması ilə emulsiyanı stabilləşdirən), gel əmələgətiricilərə (fazaların ayrılma sərhəddində möhkəm adsorbision pərdənin əmələ gəlməsi yolu ilə emulsiyanı stabilləşdirən) və qarışıq təsirli emulqatorlara ayrılırlar.