gototop gototop

Dictionary

DİSKRET SEÇİM MODELLƏRİ

(latınca - discretus - bölünmüş, aralıq, ingiliscə - discrete choice models - diskret seçim modelləri) iki və ya daha çox alternativ arasındakı seçimi izah etməyə və proqnozlaşdırmağa imkan verən iqtisadi (ekonometrik) modellər. Diskret seçim modelləri iqtisadi subyektin və ya vəziyyətin bəzi xüsusiyyətlərinə əsaslanaraq bu və ya digər alternativi seçmə ehtimalını qiymətləndirməyə imkan verir.