gototop gototop

Dictionary

BEYNƏLXALQ YER FIRLANMASI VƏ İSTİNAD SİSTEMLƏRİ Xİ

(ingiliscə - International Earth Rotation and Reference Systems Service, IERS - Beynəlxalq Yer Fırlanması və İstinad Sistemləri Xidməti, İERS) Yerin fırlanma parametrlərini və koordinatlarını qiymətləndirən beynəlxalq xidmət. Beynəlxalq Səma Koordinat Sistemi (ICRS) və Beynəlxalq Yerüstü Koordinat Sistemini (ITRS) qorumaqda, həmçinin Koordinasiya olunmuş Universal Saat (UTC) vaxtına saniyə əlavə etmədə məsuldur. Xidmətin tərkibinə ABŞ-ın Hərbi Dənizçilik Rəsədxanasında (United States Naval Observatory) yerləşən Yerin oriyentasiya parametrlərinin proqnozlaşdırılması (Predictions of Earth Orientation Parameters) bölməsi daxildir. Həmin bölmə Yerin fırlanma sürətini, presessiya (cismin fırlanma oxunun məkanda istiqamətini dəyişdirdiyi hadisə) və nutasiya (presessiya yerinə yetirən fırlanan sərt cismin zəif qaydasız hərəkəti) parametrlərini təyin etmək məqsıdi ilə astrometrik müşahidələrin aparır. Digər şöbələr Paris Rəsədxanasında yerləşir. 1987-ci ildə bir sıra sələfi olan təşkilatları ümumilkdə əvəz etməsi üçün təsis olunmuşdur.