gototop gototop

Dictionary

AZƏRBAYCAN MİLLİ NEFT KOMİTƏSİ

(İngilscə - Azerbaijan National Oil Committee - “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyi) neft sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla elmi əməkdaşlığın inkişafına xidmət etmək məqsədi ilə yaradılan ictimai birlik. SOCAR və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu tərəfindən 2005-ci ildə təsis olunmuş və həmin il Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına - WPC üzv seçilmişdir.