gototop gototop

Dictionary

YETƏRSİZ İSTEHLAK NƏZƏRİYYƏSİ

(ingiliscə - theory of shortage, the underconsumption theory - kifayət etməyən istehlak nəzəriyyəsi, çatışmazlıq nəzriyyəsi, qıtlıq nəzəriyyəsi) iqtisadi böhranları tələbdən artıq (izafi) istehsal və onun şəxsi istehlakın yetərli olmayan ölçüsü ilə əlaqəliliyi baxımından izah edən konsepsiya. Yaradıcısı isveçrəli iqtisadçı və tarixçi Jan Şarl Leonar Simond de Sismondidir. (1773-1842) J.Sismondi həm də siyasi iqtisadın banilərindən biri kimi tanınır. O, böhranlara ümumi artıq istehsal olaraq yanaşmış, bununla belə, onları zəhmətkeşlərin yetərsiz istehlakının nəticəsi kimi görmüşdür. J.Sismondi göstərmişdir ki, iqtisadi böhranlar istehsalla istehlak arasında ziddiyyətin məhsuludur. İstehlak istehsalın labüd nəticəsi deyil, əksinə, bazarları əmtəələrlə həddindən artıq dolduran kapitalist sisteminin qaçılmaz nəticəsidir. Yetərsiz istehlak nəzəriyyəsini görkəmli nümayəndələri kimi “dövlət sosializmi” nəzəriyyəsinin banilərindən olan alman iqtisadçı İohann Rodbertus-Yaqesov (1805-1875) və britaniyalı iqtisadçı Con Atkinson Hobson (1858-1940) hesab olunurlar.