gototop gototop

Dictionary

SUKRE

(ispanca - Sistema Único de Compensación Regional, SUCRE - Vahid Regional Ödəmə Sistemi) Bizim Amerika xalqları üçün Bolivarlı Birlik - ALBA-nın ümumi pul vahidi. ALBA və Ekvador ölkələrinin dövlət və hökumət rəhbərlərinin qərarı ilə 2008-ci ildə yaradılmış və 2010-cu ildən qarşılıqlı ödənişlərdə (yalnız nağdsız) istifadə olunur. Valyuta cənubi amerika ölkələrinin İspaniyadan müstəqillik əldə edilməsi uğrunda fəal mübarizi Antonio Xose Sukrenin şərəfinə adlandırılmışdır. Bundan başqa “SUKRE” abbreviaturası “Vahid Regional Ödəmə Sistemi” kimi də açılış alır.