gototop gototop

Dictionary

STRATEJİ MİNERALLAR

(ingiliscə - strategic minerals - strateji minerallar) əksəriyyəti xırda metallar olan müxtəlif mineral və elementlərin geniş kateqoriyası. Strateji minerallar həm də kritik minerallar adı ilə də məlumdurlar. Gündəlik həyat üçün çox dəyərli əhəmiyyətə malikdirlər. Onlar elektronikanın, bərpa olunan enerji mənbələrinin, tibb cihazlarının, hərbi texnikanın, kənd təssərrüffatı istehsalının və ümumi məişət əşyalarının mühüm komponentlərini təşkil edirlər. Avrpopa İttifaqı 41 müxtəlif mineral və metal üzrə qiymətləndirmə apararaq 14 kritik xammal müəyyən etmişdir. Bu mineralların stratejiliyi onların riskli təklif defisti, iqtisadi faydalılığının genişliyi və digər analoqlarına nisbətdə iqtisadiyyata təsrinin böyük olması ilə şərtlidir.