gototop gototop

Dictionary

POSTİNDUSTRİAL CƏMİYYƏT KONSEPSİYASI

(ingiliscə - concept of a postindustrial society - postindustrial cəmiyyət konsepsiyası) bilik və informasiyaya əsaslananaraq iqtisadiyyatın innovativ sektorunun və xidmət sferasının genişlənməsi və industrial cəmiyyətdən sonrakı inkişaf mərhələsinə keçid ilə müşayiət olunan cəmiyyət tipi konsepsiyası. Konsepsiyanın banisi amerikalı sosioloq və publisist Daniel Bell (1919-2011) hesab olunur. Daniel Belllə yanaşı postindustrial cəmiyyət konsepsiyası nəzəri əsaslarının yaranışına tanınmış ABŞ futuroloqu, iqtisadçı və sosioloqu Elvin Toffler (1928), ABŞ sosioloqu, məşhür siyasətçi və görkəmli dövlət xadimi Zbiqnev Bzejinski (1928-2017) və digərləri böyük töhfələr vermişlər.