gototop gototop

Dictionary

MONOMER

(yunanca - μόνος - bir, vahid + μέρος - hissə) polimerləşmə reaksiyası ilə polimer yaradan aşağı molekulyar maddələr. Monomerlər həm də tərkibində polimer molekullar olan təkrarlanan ədədlər (struktur vahidlər) də adlandırılır. Ən geniş yayılmış təbii monomer olaraq sellüloz və nişasta kimi polimerlər əmələ gətirən və bütün bitkilərin kütləsinin 76%-dən çox hissəsini təşkil edən qlükoza çıxış edir. Termin olaraq “monomer” çox zaman sintetik polimerlər əmələ gətirən vinil xlorid kimi üzvi molekullara şamil edilir. Digər üzvi monomerlərə doymamış karbohidrogenlər - alkenlər və alkinlər də aid edilir.