gototop gototop

Dictionary

MODERNLƏŞMƏ NƏZƏRİYYƏSİ

(ingilicə - modernization theory - modernləşmə nəzəriyyəsi) sənayeləşmə, sekulyarizasiya (dini təsirin azalması), urbanizasiya, ümumi təhsil sisteminin və siyasi hakimiyyət nümayəndəliyinin yaranması, məkan və sosial mobilliyin güclənməsi kimi proseslər məcmusunda “ənənəvi bağlı cəmiyyət”dən “müasir açıq cəmiyyət”ə keçid məsələlərində ifadəsini tapan nəzəriyyə. Maks Veber (1864-1920), Şmuel Eyzenştat (1823-2008) və Qunar Myurdal (1898-1987) baxışları modernləşmə nəzəriyyələrinin metodoloji əsasları kimi görünür. Modernləşmə nəzəriyyəsinə görə, insan cəmiyyətinin tarixində bütün mövcud olanlar ikiqütblüdür. Bu ondan irəli gəlir ki, modernləşmə nəzəriyyəsinin əsas kateqoriyalarını “ənənəviçilik” (“ənənəvi cəmiyyət”) və “müasirlik” (“müasir cəmiyyət”) təşkil edir. Burda proses ənənəviçilikdən müasirliyə doğru gedir. Modernləşmə nəzəriyyəsini çox vaxt ənənəvi və müasir cəmiyyətlərin analizində tarixi yanaşmaya əsaslanan neoevolyusiya konsepsiyası ilə birləşdirirlər.