gototop gototop

Dictionary

QAZ EMALI ZAVODU

(ingiliscə - Gas Processing Plant - Qaz Emalı Zavodu) hasil olunan təbii qazın, qaz kondensatının və yüngül karbohidrogenlərin (əsasən dəniz yataqlarında çıxarılan) geniş fraksiyasının emalını, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirən ARDNŞ-in strukturuna daxil istehsalat müəssisəsi. Zavod 1961-ci ildə istismara başlamışdır. Rekonstruksiya nəticəsində 1986-cı ildə zavodun illik emal gücü ilkin 4,5 milyard m3-dən 6,5 milyard m3-ə çatdırılmışdır. Təşkilati strukturu 8 istehsalat və xidmət sahələri, mərkəzi laboratoriya və mərkəzi anbardan ibarətdir. Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşir.