gototop gototop

Dictionary

KORPORASİYA

(latınca - corpus - bədən, corporatio - birlik) eyni, vahid iqtisadi maraqlarla bağlı olan bir neçə iri müəssisə və ya digər təsərrüfat subyektlərinin birliyi. Korporasiya səhmdar cəmiyyət formasında da olur. Onu digər müvafiq birlik formalarından qərarların kollegial (direktorlar şurası tərəfindən) olaraq qəbul edilməsi fərqləndirir. Korporasiya inhisarçı birlik forması olaraq da çıxış edir. Onlar iqtisadi bazarda üstün istiqamətdə yer alırlar.