gototop gototop

Dictionary

İMPAKT-FAKTOR

(ingiliscə - impact factor - təsir amili) elmi jurnalın mühümlüyünü, əhəmiyyətliliyini müəyyənləşdirəm say göstəricisi. 1960-cı illərdə ABŞ-da fəaliyyət göstərən Elmi İnformasiya İnstitutu (Institute for Scientific Information, ISI) tərəfindən hər il hesablanırdı. 1992-ci ildə Tomson korporasiyası (Thomson Scientific) tərəfindən alınaraq “Journal Citation Report” jurnalında dərc olunur. İmpakt-faktorla - İF-lə dərc olunan məqalələrin keyfiyyəti, jurnalların səviyyəsi onlardan edilmiş sitatlar əsasında 3 illik intervalda kəmiyyətcə qiymətləndirilir. İmpakt-faktor məqalənin keyfiyyət xarakteristikasını dolğun əks etdirmədiyindən ideal hesab olnmur. Buna baxmayaraq, yüksək impakt-faktorlu jurnallar həmişə populyardırlar. Belə vəziyyət isə həmin jurnallarda reytinqin saxlanılması və yüksəldilməsindən irəli gələrək resensiyalaşmanın sərtləşməsi ilə müşaiyət edilir.