gototop gototop

Dictionary

DÜNYA-SİSTEMLƏR NƏZƏRİYYƏSİ

(ingiliscə - world-systems theory - dünya-sistemlər nəzəriyyəsi) əmək bölgüsünün dinamik dəyişikliklərinə əsaslanaraq dünyanı mərkəzi (dünyanın nüvəsi), əyalət (priferiya) ölkələr və yarıməyalət ölkələr kimi üç hissəyə ayırılması üzərində qurulan nəzəriyyə. Amerikalı sosioloq İmmanuel Moris Vallerstayn (1930) tərəfindən irəli sürülmüşdür. Bu konsepsiya əmək bölgüsünün dinamik dəyişikliklərinə əsaslanaraq dünyanı mərkəzi (dünyanın nüvəsi), əyalət və yarıməyalət ölkələr olan 3 hissəyə ayırır. Dünya-sistemlər nəzəriyyəsində əsas yer ayrıca inkişaf etmiş ölkələr və sosialist dövlətləri olan yarıməyalət ölkələrə verilir (İrlandiya, Portuqaliya, Balkan ölkələri və keçmiş SSRİ respublikaları). Bu konsepsiyada dövlət müstəqilliyi haqqında müddəa vardır. Bu müddəaya görə, mərkəzlə periferiya arasında fərq dünya sisteminin əsas ziddiyyətini müəyyən edir.