gototop gototop

Dictionary

DAĞ-MƏDƏN SƏNAYESİ

(ingiliscə - mining industry - dağ-mədən sənayesi) faydalı qazıntıların kəşfiyyatı və hasilatı, habelə yarımfabrikatların alınması və onların ilkin emalı ilə məşğul olan istehsal sahələrinin məcmusu. Mineral enerji xammalının hasilatı (neft sənayesi, qaz sənayesi, kömür sənayesi, torf sənayesi, şist sənayesi, uran sənayesi və geotermiya), qara və aşqar metal filizləri hasilatı və emalı (dəmir filizi sənayesi, manqan filizi sənayesi, xromit sənayesi, volfram sənayesi, molibden sənayesi, vanadium sənayesi), əlvan metallurgiya üçün əlvan metal filizlərinin hasilatı və emalı (alüminium sənayesi, mis sənayesi, nikel sənayesi, qalay sənayesi, qurğuşun sink sənayesi, sürmə sənayesi), dağ-kimya xammalı sənayesi (apatit, nafelin, kalium duzu, kükürd kolçedanı, bor filizi, fosfat xammalı, şoranı-ammonium nitrat hasilatı), qeyri-filiz sənaye xammalı və tikinti materialları istehsalı xammalı (kvars, qrafit, çöl şpatı, asbest, gips, gil, mergel, əhəngdaşı, təbaşir, qranit, dolomiti, kaolin), qiymətli və bəzək daşlarının hasilatı (almaz sənayesi, özürəngli daş xammalı), hidromineral sənaye (mineral yeraltı su) qruplarına ayrılır. Dağ-mədən sənayesinin inkişafının əsasını təbii (faydalı qazıntı yataqlarının mövcudluğu) və sosial-iqtisadi amillər təşkil edir.