gototop gototop

Dictionary

BUTAN

(yunanca - butyron - yağ, ingilscə - butane - butan) doymuş karbohidrogenlərə - alkanlara aid, kimyəvi formulu C4H10 olan, spesifik iyə malik, normal şəraitdə rəngsiz, yanar qaz, üzvi birləşmə. Qaz kondensatında və neftli qazda (12%-ə qədər) mövcuddur. Neft fraksiyalarının katalitik və hidrokatalitik krekinqinin məhsuludur. Adi tempraturda üçücü mayedir, -138oC donur. Toksikdir, kanserogendir. İqtisadi əhəmiyyətlidir, yüksək oktanlı benzinin komponentidir, xalis təmiz butandan soyuducu qurgularda istifadə olunur. Propan qarışığı ilə alışqanlarda, qaz balonlarda maye halda tətbiq edilir. Yeyinti sənayesində E943a adı ilə qida əlavələri kimi qeydə alınıb. İzobutan E943b isə propellant (aerozol balonu) kimi, xüsusən də dezodorantlarda istifadə olunur.