gototop gototop

Dictionary

AZƏRSPACE-1

“AZƏRSPACE-1”-internet, teleradio yayımı və digər telekommunikasiya xidmətlərinin göstərilməsi, həmçinin dayanıqlı rabitə platformalarının təmin edilməsi üzrə Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki. “Azərspace-1” 8 fevral 2013-cü ildə Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən “Ariane-5” daşıyıcı raketi vasitəsi ilə orbitə buraxılmışdır. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır və onun orbitdə istismar müddəti 15 il nəzərdə tutulmuşdur.