gototop gototop

Dictionary

BMT-nin STATİSTİKA ŞÖBƏSİ

(ingiliscə - United Nations Statistics Division - UNStat - BMT-nin Statistika Şöbəsi) BMT Katibliyi çərçivəsində qlobal statistika sistemində məlumatların yığımı və təhlili funksiyasını həyata keçirməklə BMT-nin fəaliyyəti və əlaqələndirilməsi üzrə mərkəzi mexanizm qismində çıxış edən təsisat. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (United Nations Department of Economic and Social Affairs - UN DESA) tabeliyindədir. Şöbə BMT-nin 1946-cı ildə təsis edilmiş Statistika Komissiyasının kurasiyasındadır. Həmin komissiya BMT-nin üzv dövlətlərinin baş statistiklərini birləşdirir və qlobal statistika sisteminin ali orqanı olaraq beynəlxalq statistika fəaliyyətinin koordinasiyası üzrə qərarlar qəbul edir. BMT-nin Statistika Şöbəsi qlobal statistika informasiyalarını toplayır, yayır, statistik fəaliyyətin standart və normalarını işləyir, həmçinin milli statistika sistemlərinin möhkəmləndirilməsi üzrə ölkələrin səylərini müdafiə edir. Şöbə mütəmadi olaraq statistik məlumatları əks etdirən “İllik statistik icmal” və “Dünya statistika məcmuəsi” buraxır və eyni zamanda statistika məsələləri və statistik metodlar haqqında kitablar nəşr etdirir, müvafiq məruzələr hazırlayır (elektron portal - http://data.un.org).