gototop gototop

Dictionary

BENÇMARKİNQ

(ingiliscə - benchmarking - “bench” və “mark” - “yer” və “işarə”, ümumi - etalon qiymətləndirmə, etolan testləşdirmə) etalon göstəricilər əsasında müəssisənin (şirkətin) işini yaxşılaşdırmaq məqsədi ilə səmərəli fəaliyyət göstərmənin nümunələrinin müəyyənləşdirilməsi və adaptasiyası (uyğunlaşdırılması) prosesinin ehtiva edən müqayisəli təhlil metodu. Bu təhlil metodu özündə iki prosesi - qiymətləndirmə və müqayisəni əhatə edir. Bençmarkinqdə müəssisənin (şirkətin) öz məhsulları və iş metodlarını təkmilləşdirilməsinin mümkün üsullarını müəyyən etmək üçün nümunə kimi bir qayda olaraq birbaşa rəqiblər və digər bu kimi sahələrdə fəaliyyət göstərən müəssisələr (şirkətin) tərəfindən istifadə edilən “ən yaxşı” məhsul və marketinq prosesi götürülür. Rəsmiləşən versiya görə bençmarkinq ABŞ-da yaranan texnologiyaddır. İlk dədə araşdırma və konsaltinq təşkilatı PIMS-in “rəqabət sahəsində effektli bir həll tapmaq üçün oxşar şəraitdə müvəffəqiyyət qazanan digər müəssisələrin ən yaxşı təcrübələrini bilmək lazımdır” tezisi ilə 1972-ci ildə dövriyəyə girmişdir. Qərbdə isə müasir təfsirdə benchmarking ilk dəfə 1979-cu ildə Xerox korporasiyası tərəfindən onun bazar payının fəlakətli azalması ilə şərtlənən bazar problemlərini aradan qaldırmaq üçün istifadə olunmuşdur. Digər tərəfdən onu biznes sahəsində amerikan eksperti Pobert Kemp tərrəfindən 1980-ci illərdə dövriyyəyə gətirildiyi söylənilir. Bununla belə, tarixdə bu anlayışının daha erkən istifadəsi haqqında məlumatlar var. Belə ki, Yaponiyada bençmarkinq məzmununa görə “səy, narahatlıq, ən yaxşısı, lideri olmaq arzusu” mənasını verən yapon sözü “dantotsu” ilə əlaqələndirilir. Çində qədim zamanların sərkədəsi, milli general Sun Tzunun (b.e.ə. 544-496) məhşur “Savaş sənəti” əsərində “düşməninizi bildiyiniz və özünüzü tanıdığınız zaman, yüzlərlə müharibənin nəticəsi səni qorxutmayacadır” ifadəsi də müəyyən dərəcədə bençmarkinq anlayışını mənalandırır. Bençmarkinq azərbaycandilli ədəbiyyartlarda etalon sınağı kimi də təqdim olunur. Bu zaman o, daha çox proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyası kimi interpretasiya olunur.