gototop gototop

Dictionary

BAKI-TBİLİSİ-QARS DƏMİRYOLU XƏTTİ - BTQ

(ingiliscə - Baku-Tbilisi-Kars ramilway - Bakı-Tbilisi-Qars dəmiryolu xətti) Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaxı şəhərlərində keçərək Türkiyənin Qars şəhərini birləşdirən dəmiryolu xəttidir. Təməli 2007-ci ilin 21 noyabrında Gürcüstanın Marabda kəndində qoyulmuş, açılışı 2017-ci ilin 30 oktyabrında Bakının Ələt qəsəbəsində olmuşdur. Gürcüstan ərazısində tikinti və reablitasiya işləri Azıərbaycanın ayırdığı kretitlər hesabına təmin olunub. Uzunluğu 825,0 km (Azərbaycan - 503,0 km, Gürcüstan - 244,5 km, Türkiyə - 77,5 km). Dəmir yolu xətti layıhə üzrə tam işə düşdükdən sonra burada maksimal sürətin 120 km/s olacağı gözlənilir. BTQ ilə Bakıdan bir günə Qarsa və iki gün yarıma isə İstanbula getmək mümkündür. BTQ iqtisadi səmərəlilik, alternativ marşrut və dövriyyənin qısaldılması, sürət və vaxt tezliyi, etibarlılıq və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə konteyner və intermodal (bir neçə nəqliyyat növündən istifadə etmə ilə yük daşıma) daşımalarının həcmini artıracaqdır. Azərbaycanın BTQ-nin istismarı ilə bağlı ilk illərdə tranzitdən minimal illik gəlir 50 milyon ABŞ dolları təşkil edəcəkdir. Bu marşrut vasitəsi ilə istismarın birinci ilində 3-5, beşinci ilində 6-8 və səkkzinci ilindən başlayaraq 10 milyon tondan çox yükün və həmçinin ilk zamanlarda ildə 1 milyon sərnişinin daşınacağı gözlənilir.