gototop gototop

Dictionary

BAKI GƏMİQAYIRMA ZAVODU

(ingiliscə - Baku Ship Yard - Bakı Gəmiqayırma Zavodu) Xəzər dənizdə tələbat olan istənilən növ gəmilərin - anker, quru yük, yedək-təchizat, sərnişin, kran, dalğıc və s. tikintisi və təmiri həyata keçirməyə qabil iri istehsalat müəssisəsi. İstehsal gücü ildə 25 min ton metal konstruksiya. Xəzər dənizi hövzəsində ən böyük gəmiqayırma zavodudur. Zavodun təməli 2010-cu ildə qoyulmuş və 2013-cü ildə istismara buraxılmışdır. Bakı şəhəri Qaradağ rayonu ərazisində (Salyan şossesi) yerləşir.