gototop gototop

Dictionary

YÜKSƏK TEXNOLOGİYALAR PARKI, “YT Park”

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan 2012-ci ildə yaradılmış təsisat. “YT Park”ın fəaliyyətinin əsasını resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, istehsal, ixrac imkanlarının artırılması, ölkəyə xarici şirkətlərin, investisiyaların cəlb edilməsi və İKT mütəxəssislərin hazırlanması kimi layihələrin həyata keçirilməsi təşkil edir. “YT Park” Bakı şəhərinin Pirallahı rayonu ərazisində yaradılmaqla informasiya texnologiyaları, telekommunikasiya və digər sahələrdə tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üzrə fəaliyyət göstərəcək və zəruri infrastruktura, maddi-texniki bazaya və idarəetmə qurumuna malik olacaqdır.