gototop gototop

Dictionary

YOXSUL ÖLKƏLƏR

iqtisadi potensialına görə reytinq cədvəlində 130-cu sıradan sonrakı yerləri tutan 60-dan çox dövləti əhatə edən ölkələr qrupu. Lakin bu qrupun  məcmusu o qədər də eynicinsli deyildir. Onların arasında daha çox Asiya və Okeaniyada yerləşən ənənəvi iqtisadiyyatlı, Afrikadakı postmüstəmləkə iqtisadiyyatlı ölkələri və “intiharçı dövlətləri” təsnifatlandırırlar. Bu qrup ölkələrin iqtisadiyyatlarının strukturu böyük müxtəlifliklə seçilir ki, burada yalnız bütün sahələrin aşağı effektivliyi ümumi haldır. Praktiki olaraq, bütün təsnifat ölkələri müstəmləkə asılılığı yaşamışlar.