gototop gototop

Dictionary

YETMİŞ YEDDİLƏR QRUPU, 77 qrupu

“YETMİŞ YEDDİLƏR QRUPU”,“77 qrupu” - (ingiliscə - Group of Seventy Seven, G-77 - Yetmiş yeddilər qrupu) - inkişaf etməkdə olan ölkələrin BMT və onun orqanları çərçivəsində fəaliyyət göstərən iri dövlətlərarası təşkilatı. Qruplaşmanın yaradılması qərarı 1964-cü ildə Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinin müşavirəsində qəbul edilmiş, həmin ildə Cenevrədə keçirilən BMT-nin ticarət və inkişaf üzrə Konfransının (UNCTAD) 1-ci sessiyasında rəsmiləşdirilmişdir. Yarandığı zaman yeni təşkilatın üzv ölkələrinin sayı 77-yə bərabər olsa da, onların sayı BMT-nin tərkibinə yeni ölkələr daxil olduqca artmışdır. “77-lər qrupu”nun fəaliyyətinin əsasını inkişaf etməkdə olan ölkələr arasında ticarət-iqtisadi, maliyyə və texniki əməkdaşlıq, həmçinin, BMT orqanlarının və onun çərçivəsində fəaliyyət göstərən konfrans və yığıncaqlarda, ölkələrin və onların əhalisinin ticarət, sənaye, kənd təsərrüfatı, təhsil, elm və texnika kimi sahələrini daxil edən beynəlxalq sosial-iqtisadi münasibətləri problemləri üzrə başqa beynəlxalq qurultay və forumlarda müştərək mövqelərinin hazırlanması, razılaşdırılması və koordinasiyası təşkil edir.