gototop gototop

Dictionary

YENİ SƏNAYE ÖLKƏLƏRİ

(ingiliscə - newly industrializing countries - yeni industrial ölkələr) - son onilliklər ərzində sosial-iqtisadi gəstəricilərində keyfiyyət sıçrayışları baş verən inkişaf etməkdə olan ölkələr qrupu. Bu ölkələrin iqtisadiyyatı qısa dövr ərzində inkişaf etməkdə olan ölkələr üçün tipik olan geridə qalmış ölkədən yüksək inkişaf etmiş ölkəyə keçid etmişdir. Yeni sənaye ölkələrinə Cənubi Koreya, Sinqapur, Malayziya, Tailand, Tayvan, Honkonq, İndoneziya, Türkiyə, Filippin, İran, Argentina, Braziliya, Meksika və Çili aid edilir.