gototop gototop

Dictionary

YARIACLIQ

(ingiliscə - malnutrition - yarıaclıq) - doyunca yeməmə və ya adekvat olmayan qidalanma ilə müşayiət olunan (natamam - kəmiyyətcə qidalanmama və ya qismən - keyfiyyətcə qidalanmama) orqanizmin vəziyyəti. Yarıaclıq qidada A vitamini, yod, dəmir kimi mikroelementlər çatışmazlığından baş verir. Dünyanın böyük əhali təbəqəsi üçün adi vəziyyət hesab olunur. Qida zülalı (zülallar maddələr mübadiləsini idarə edən fermentlər) çatışmazlığını dünyada 3 milyarda yaxın insan hiss edir.