gototop gototop

Dictionary

VALYUTA

(italyanca - valuta - dəyər, ingiliscə Currency - valyuta) - hər hansı bir dövlətdə istifadə olunan pul vahidi (milli valyuta). Məsələn, Azərbaycanda - manat, Türkiyədə - lirə, ABŞ-da - dollar, Rusiyada - rubl valyutadır. Xarici dövlətlərin pul nişanı, həmçinin xarici pul vahidləri ilə ifadə olunan beynəlxalq hesablaşmalarda tədavül və ödəmənin kredit vasitəsi xarici valyutadır. Valyutalar işlənmə qaydasından asılı olaraq tam çevrilən, qismən çevrilən və çevrilməz valyutalara ayrılır. Avro, ABŞ dolları supervalyuta hesab olunur. 2) beynəlxalq hesablaşmalarda istifadə edilən xarici dövlətlərə məxsus pul nişanları, veksellər, çeklər, banknotlar şəklində kredit və pul sənədləri.