gototop gototop

Dictionary

TRANSMİLLİ BANK, TMB

(ingiliscə - transnational bank - transmilli bank) ssuda kapitalının beynəlxalq hərəkətində vasitəçi rolunu yerinə yetirən iri universal banklar. TMB xarici müəssisələr şəbəkəsinə istinadda dövlətin dəstəyi ilə dünya bazarında valyuta və kredit əməliyyatlarına nəzarət edir. Əsas müştəriləri beynəlxalq təşkilatlar, TMŞ-lər transmilli korporasiyalar, xarici nümayəndəliklər və dövlət institutlarıdır. TMB-lərin fəaliyyətinin başlıca prinsipi və məqsədi - istənilən vəsaiti daha rahat və ucuz olan yerdə səfərbər etmək və ondan istifadəni daha çox qazanc verə biləcəyi yerə yönəltməkdir. TMB-lər müxtəlif valyutalarda nəhəng pul vəsaitləri səfərbər edir, istənilən müddətə kreditlər verir, beynəlxalq səviyyədə qiymətli kağızlarla əməliyyatlar həyata keçirir, istehsalın və xarici ticarətin maliyyələşdirilməsinin müxtəlif formalarını tətbiq edir, miqyasına görə əvvəllər görünməmiş etibarlı əməliyyatları inkişaf etdirirlər. İri TMB-lər Almaniyanın Döyce Bankı (Deutsche Bank), İsveşrə İttifaq Bankı (UBS), ABŞ-ın Sitiqrup (Citigroup) və Amerika Bankı (Bank of America), Yaponiyanın Tokio-Mitsubişi Bankı (Bank of Tokyo-Mitsubishi) və başqaları aid edilir.